Saçlara gözəllik verən bitki

Pitraq (elmi ad — «at pıtrağı») və xüsusilə də onun kökü saçların sağlamlığına və xarici görünüşünə çox müsbət təsir edir — saçları bərpa edir, möhkəmləndirir, saçların uzanmasını sürətləndirir, tökülməsini azaldır, saçları canlı və parlaq edir, kəpəyi müalicə edir.

Pıtraq bitkisi saçları gözəl və baxımlı etmək üçün qədim zamanlardan istifadə olunur. Pıtrağın kökü yazın sonunda yığılır və qurudulur.

İstifadə qaydası:
3 x.q. xırdalanmış pıtraq kökünün üzərinə yarım l qaynar su tökün, vam odda 10 dəqiqə qaynadın, 1 saat dəmləyin və yaxşı süzün. Dəmləməni saçları köklərinə sürtün və ya saçları yaxalamaq üçün istifadə edin. Bir müddət keçdikdən sonra saçların keyfiyyətinin xeyli yaxşılaşmasını görəcəksiniz.
Davamı →

Saçlar üçün yumurta maskası

Yumurta tərkibindəki vitamin və minerallar sayəsində sağlığınızla yanaşı, gözəlliyinizə də qatqı bəxş edə bilər. Buna görə sadəcə qidalanmanızda deyil, baxımınızda da yumurtadan istifadə edə bilərsiniz.

Yumurtanın tərkibində olan vitamin və mineralların saçlara faydası nələrdir:
Protein.
 Saç diblərini qidalandıraraq saçların sağlam uzanmasını təmin edir.
Yağ turşuları. Saçlara təbii parlaqlıq verir.
Potasium. Quru və zədələnmiş saçlara dərman kimidir.
A vitamini. Saç qırılmalarının qarşısını alır.
D vitamini. Saç tökülməsi və keçəlləyin qarşısını alır.
B12 vitamini. Saçların sağlam uzanmasını təmin edir.
Kalsium. Saçların uzanmasını dəstəkləyir və D vitamini ilə təmin edir.
Davamı →

Buruq saçlara qulluq

Bəzən buruq və dalğalı saçları düz etmək olduqca çətin ola bilər. Bunun üçün istifadə edilən kimyəvi maddələr isə çatmaq istədiyimiz nəticənin tam əksini yarada bilər. Bildiyiniz kimi təbiət saçlarınızın ən yaxın dostudur. Canlı saçlara sahib olmaq üçün bir neçə təbii qarışıq və bir az səbir kifayətdir.

Hindqozu maskası
Təzə hindqozunun südü və limon suyu saçlarınızda möcüzələr yarada bilər. Hindqozu südü ilə yarım stəkan təzə sıxılmış limon suyunu qarışdırın. Sıxlaşıb krem konsistensiyasına gələnə qədər soyuducunda soyumağa qoyun. Maskanı saçlarınıza tətbiq edin və bir saat qədər gözlədin. Həftədə 3 dəfə təkrarlayın.

Bal maskası
Beş xörək qaşığı süd tozuyla bir miqdar suyu qalın bir məcun meydana gətirmək üçün qarışdırın, Üzərinə bir çay qaşığı bal əlavə edin və yaxşıca qarışdırın. Qarışığı saçlarınıza tətbiq edin və 20 dəqiqə gözlədin. Ardından saçınızı şampunlayın. Qarışığı istədiyiniz formada tətbiq edə bilərsiniz.
Davamı →

Bərpaedici maska


Saçları tez bir zamanda bərpa etmək üçün bu reseptdən istifadə edin. Bu saçlar üçün əsl «təcili yardım»dır.

Aptekdən hərəsindən 1 ampula B2, B6, B12, C vitaminləri və kapsul şəklində aevit (A və E vitaminləri) alın. Saç balzamından 1 x.q götürün, vitaminləri əlavə edin (ampulları açmaq, kapsulu deşmək lazımdır), yaxşı qarışdırın, saçlarınıza çəkin. Başınızı sellofanla, üzərindən dəsmalla örtün, 1 saat saxlayın, sonra şampunla yaxşı yuyun. Bu maskanı həftədə 1 dəfə etmək olar. Effekt 1-2 istifadədən sonra görünür.
Davamı →

Şampununuzu zənginləşdirin

Adi gündəlik istifadə etdiyimiz şampunu zəngnləşdirmək olar. Zənginləşdirilmiş şampun saçlara həm kosmetik, həm də müalicəvi təsir edir — saçları möhkəmləndirir, kəpəklə mübarizə edir, tökülməsini azaldır, xarici görünüşünü xeyli yaxşılaşdırır.

Şampunu zənginləşdirmək üçün bu kimi inqrediyentlərdən istifadə edin:

1. Şampun + bal
Şampunu yarıbayarı olmaqla balla qarışdırın, saçlara çəkin, yüngül massaj edin, 10 dəqiqə saxlayın, yaxşı yuyun. Müxtəlif vitamin və minerallarla zəngin olan bal saçları möhkəmləndirir, tökülməsini azaldır, daha parıltılı və canlı edir. Həmçinin bal baş dərisinə də müsbət təsir edir, kəpəyi azaldır.
Davamı →

Aspirinli saç maskası


Aspirin ağrıları azaldır və qanı duruldur. Həkimlər 40 yaşından yuxarı olan insanlara aspirini damarlarda tromblaşmanın qarşısını alan profilaktik vasitə kimi təyin edirlər. Lakin bu sınanmış preparat kosmetologiyada da çox geniş istifadə olunur.

Aspirinlə üz maskaları dərini çox yaxşı təmizləyir, saçları aspirin əlavə olunmuş şampunla yuduqda kəpək azalır, baş dərisi daha sağlam, saçlar daha canlı olur.

2 həb aspirini yaxşı əzin, 1 dolu x.q. şampunla qarışdırın, saçlarınıza çəkin, yüngül massaj edin və bu maskanı saçınızda 5 dəqiqə saxlayın. Daha sonra yaxşı yuyun. Bu maskanı həftədə 1 dəfə istifadə edə bilərsiniz.
Davamı →

Saç tökülməsinə qarşı maska

Xanımların əsas gözəllik mənbələrindən biri də saçlardır. Bir xanımı uzun və qalın saç qədər gözəlləşdirən nə ola bilər ki? Lakin təəssüf ki, saçların keyfiyyətsiz boyalarla rənglənməsi, kimyəvi əlavələrlə zəngin vasitələrlə burulması və ya düzləşdirilməsi saç tökülməsi, saç qırılması, zədələnməsi kimi problemləri yaradan başlıca səbəblərdəndir.

Bu kimi neqativ halların qarşısını almaq üçün maskalardan, saça qulluq vasitələrindən istifadə etmək olduqca vacibdir. Aşağıda qeyd olunan maskadan istifadə etməklə siz daha güclü saçlara sahib ola bilərsiniz.

2 yumurta sarısını, 1 xörək qaşığı bal, konyak gənəgərçək yağını blenderə əlavə edib qarışdırın. Alınan qarışığı nəm saçlara çəkib başınızı isti bir şeylə bağlayıb 1 saat saxladıqdan sonra yuyun.

Xardalın əlavə olunması ilə hazırlanan maskalar da saça çox xeyirlidir. 1 yumurta sarısını 1 xörək qaşığı xardalla qarışdırıb saça çəkib yarım saat saxlayın. Daha sonra ilıq su ilə yuyun.
Davamı →

Saç ağarmasına qarşı təbii maskalar


Saç ağarması gənc kişilərin problemləri arasında ilk sıralarda dayanır. Düzdür, əksər kişilərə ağ saç yaraşsa da, amma yenə də əksəriyyətinin bu, xoşuna gəlmir. Saçların ağarmasının qarşısını ala bilmərik, amma bu prosesi bir az gecikdirə bilərik. Belə bir imkanımız varsa bundan niyə də istifadə etməyək?

5 xörək qaşığı qatıq (ilıq halda), 3 diş sarımsaq.
Bunları yaxşıca qarışdırıb sarımsaq qatıq halına gətirirsiniz. Sonra 1 saat saxlayıb, 1 çay qaşığı şəkər tozu əlavə edin. Qarışığı hazırladıqdan sonra yuyulmuş saçlara tətbiq edin. Yarım saat saxladıqdan sonra ilıq su ilə yuyun. Saçlarınızı duruladıqdan sonra isə şampunla yaxalayın. Həftədə 2 dəfə edə bilərsiniz.
Davamı →

Saçlara necə qulluq etməli.

Her kesin bildiyi belə bir deyim var «Gözəllik qurban tələb edir». Lakin bu qurban sizin yanıq saçlarınız olacaqsa, vəziyyəti tez bir zamanda düzəltmək lazımdır. Saş ütüsü, kimyavi müdaxilə və ya fendən istifadə edərkən zərər görən saçlara xüsusi qulluq lazımdır. Bunun üçün siz mağazalarda satılan xüsusi saç maskalarından alıb istifadə edə bilərsiniz. Həftədə 2 dəfə saça qoyulan bu maska öz müsbət təsirini verəcəkdir.


Ardı →

Saçınıza zərər verən səbəblər

Əllərinizi saçınıza  mümkün qədər az vurun


Sizn üçün bəlkədə bunu etmək çətin olacaq amma əllərinizi tez-tez saçınıza vurmaq saçınız üçün əsil kabusdur. Başqa sözlə desək, əllərinizi tez-tez saçlarınıza aparmaq ya da saçlarınızla  davamlı oynamaq saçlarınıza zərər verir. Təbii ki allərinizi saçlarınıza davamlı olaraq vurmanız saçlarınızın yağlanmasına səbəb olur.

Ayrıca bu, çox da seksual bir görünüş deyil. Əllərinizi saçlarınıza hər apardığınızda, çəkişdirmələriniz nəticəsii saç dibləriniz xəbərdar edilər və yağ ifraz olunmağa başlar. Bu yağsizin gün içində saçlarınıza hər toxunduğunuzda zamanla bütün saça yayılar və təəssüf ki, siz də saçlarınızı yığmaq məcburiyyətində qalarsınız. Bu vəziyyətdə etməniz lazım olan iki şey var, əllərinizi saçlarınızdan uzaq tutmaq və bir müddət saçınızı şampunlama müddətini uzaltmaq uzatmaq.


Ardı →